​Lerik rayonunda külli miqdarda narkotik vasitə aşkarlanılıb

Lerik rayonunda külli miqdarda narkotik vasitə aşkarlanılıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi Cənub Bölgəsində Regional Şöbəsinin və Lerik Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən Orand kəndinin ərazisində 6 hektar sahədə yabanı halda bitən 5 ton 648 kq çəkidə 13 850 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.

Bundan başqa, Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hacıqəhrəmanlı qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Məmmədovun evinin həyətindən kultivasiya yolu ilə yetişdirilən 12 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hacıqəhrəmanlı qəsəbə sakini Ramil Şahbazovun evinin həyətindən kultivasiya yolu ilə yetişdirilən 107 ədəd çətənə kolu və 1 kq 615 qram marixuana aşkarlanaraq götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR