Əsədin əsgərləri uça bilmədi

Əsədin əsgərləri uça bilmədi
05:16 18 Yanvar 2015
121 Dünya
Ölkə mətbuatı
A- A+

“Əl-Nusra” cəbhəsi Suriyada əməliyyat həyata keçirib.

ANS PRESS-in məlumatına görə, “Əl Qaidə” terror təşkilatının Suriya briqadası hesab edilən “əl Nusra” cəbhəsi yük yaşıyan hərbi təyyarələrdən birini endiriblər.

İdlib yerli koordinasiya komitəsindən verilən açıqlamada, “əl Nusra” cəbhəsinin hökumətin nəzarəti altında olan Əbu Zuhur hərbi hava limanı yaxınlığında bir hərbi təyyarəni endirdiyi, pilot və köməkçisini girov götürdüyü bildirilir.

Açıqlamada həmçinin, hərbi təyyarənin hava limanına lazımı avadanlıqlar və əsgər apardığı vurğulanır.

Qeyd edək ki, “Əl-Nusra” cəbhəsi Suriyadakı ən böyük üçüncü silahlı qrupdur. 2013-cü ilin aprelində Əl-Qaidəyə bağlılığını açıqlayıb. Qrupun ən az 5000 savaşçıdan meydana gəldiyi sanılır. Qruplaşma Bəşər əl-Əsədi devirmək və bu yolla öz ideoloji məqsədlərini bərqərar etmək və yaymaq istəyir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR