Ermənistanın üzv olduğu hərbi blok təcili

Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Daimi Şurası təcili iclasa toplanır.

Metbuat.az xəbər verir ki, KTMT-nın Baş katibi Stanvislav Zas iclasın videokonfrans şəklində keçirilməsini təklif edib.

“İyulun 12-də Azərbaycan-Ermənistan sərhəddində, Tavuş istiqamətində gərginliyin artması ilə bağlı iyulun 13-də KTMT Baş katibi Stanislav Zasın təşəbbüsü ilə Daimi Şuranın təcili iclası keçiriləcək. İclas videokonfrans formatında baş tutacaq”- deyə KTMT-nın mətrbuat katibi Vladimir Zayneddinov deyib.

Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müaqaviləsi Təşkilatına Ermənistan, Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistan daxildir.(Modernaz)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR