Həbib - Qetji döyüşünün yeri və tarixi açıqlandı

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovla müvəqqəti çempion Castin Qetji arasında planlaşdırılan döyüşün keçiriləcəyi məkan bəlli olub.

Metbuat.az xəbər verir ki, "Sherdog" görüşün ABŞ-ın Nevada ştatında - Las Veqasda keçiriləcəyini iddia edib.

Mənbə döyüşün reallaşacağı günü də açıqlayıb. Yazılanlara inansaq, qarşılaşma 19 sentyabr tarixində baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR