"Real Madrid" 34-cü dəfə İspaniya çempionu oldu

"Real Madrid" İspaniya çempionatının 37-ci turunda dünən keçirilən oyunda "Vilyarealı" 2:1 məğlub edib.

Metbuat.az xəbər verir ki, bu nəticə ilə hesabındakı xalların sayı 86 olan "Real Madrid"in çempionluğu sona 1 tur qalmış dəqiqləşib. Komandaya çempionluğu gətirən qolları isə 29 və 77-ci dəqiqələrdə Kərim Benzema vurub.

34-cü dəfə çempion olan klubun ən yaxın izləyicisi "Barselona" 26 çempionluq yaşayıb.

Mənbə: Ntvspor.net


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR