İranda Azərbaycana dəstək üçün aksiyalara polis icazə verməyib

Ermənistanın Azərbaycana qarşı hücumlarını qınamaq və Azərbaycana dəstək məqsədi ilə Təbriz və Urmiya şəhərlərində keçirilmək istənən aksiyalara polis icazə verməyib.

Metbuat.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə toplanan qrupların "Qarabağ bizimdir, bizim olacaq" kimi sloqanlar səsləndirdiyi görülür.

Tehranda isə Ermənistan səfirliyinin qarşısında toplanmağa çalışan iranlıları polis və İnqilab Keşikçiləri Ordusu sərt bir şəkildə dağıdıb.

Mənbə: Anadolu Ajansı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR