TƏBİB məlumat yaydı –

İyulun 18-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9263 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 619 min 786-ya çatıb.

Bu barədə Metbuat.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 8334 nəfərdir. Xəstələrdən 333 nəfəri reanimasiyadadır. Onlardan 63-ü süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyulun 18-də Azərbaycanda koronavirus infeksiyasına daha 497 yoluxma faktı qeydə alınıb, 645 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış səkkiz nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 27 min 133 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 18 min 450 nəfər müalicə olunaraq sağalıb, 349 nəfər dünyasını dəyişib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR