Çempionluğu qeyd edən "Liverpul"lu oyunçunun evi soyuldu

"Liverpulun" futbolçusu Fabinyonun evi çempionluğu qeyd etdikləri saatlarda soyulub.

Metbuat.az xəbər verir ki, futbolçunun evinə girən oğruların zinət əşyalarını və qarajdakı avtomobili oğurladıqları bildirilib. Avtomobil daha sonra başqa bölgədə park edilmiş halda tapılıb.

26 yaşlı braziliyalı Fabinyo həmin saatlarda komandasının çempionluğunu qeyd etdiyi üçün evdə olmayıb.

Mənbə: Ntvspor.net


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR