Beyrutda etirazçılar XİN və parlamentin binasını ələ keçirdi

Livanın paytaxtı Beyrutda hökumət əleyhinə etiraz aksiyaları davam edir.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, 5 mindən çox vətəndaşın iştirak etdiyi aksiyalar zamanı polislə etirazçılar arasında qarşıdurma yaşanıb.

Son məlumatlara görə, nümayişçilər ölkə parlamentinin və Xarici İşlər Nazirliyinin binasına daxil olublar. XİN-in inzibati binası qərargah elan edilib.

Etirazçı kütlənin əsas tələbi hökumətin istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsindən ibarətdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR