Hazırda vətəndaşları ən çox narahat edən mövzulardan biri toyların bərpasıdır.
Metbuat.az xəbər verir ki, bu barədə həkim-professor Adil Qeybulla bildirib ki, hazırkı vəziyyətdə toyları bərpa etmək risklidir.
''Toylarla bağlı məsələ çətindir. Əgər əvvəlki kimi insanlar səhər saat 5-dən toplaşıb gecə saat 1-ə qədər süfrə arxasında əyləşəcəklərsə, oynayacaqlarsa, kondisioner altında toy davam edəcəksə, bu, çox risklidir. Yox, əgər toylar açıq havada, sosial məsafənin gözlənilməsi ilə qısamüddətli olsa, bu vəziyyətdə toyları həyata keçirmək olar. Bununla bağlı ciddi təlimatlar hazırlanmalıdır.''