Beyruta dəyən ziyanın məbləği açıqlandı

Livanın paytaxtı Beyrutda baş vermiş partlayış nəticəsində ölkəyə dəyən ziyan müəyyən edilib.

Metbuat.az xəbər verir ki, avqustun 4də Beyrutda baş verən partlayışda dəyən ziyan 15 milyard ABŞ dollarından çoxdur.

Hadisə baş verəndən sonra suğorta şirkətləri ilkin olaraq 3 milyard dollar dəyərində ziyan dəydiyini bildirmişdilər. Partlayış təxminən 4000 binaya ciddi zərər vurub.

Qeyd edək ki, 4 avqust 2020-ci il tarixində, yerli saat ilə 18:08-də Livanın paytaxtı olan Beyrut şəhərinin limanında baş vermiş iki ardıcıl partlayış nəticəsində ən azı 157 nəfər ölmüş,5 min nəfər yaralanmış,80 nəfər itkin düşmüşdür.

Mənbə:bbc.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR