x
Loading...
.

DİQQƏT! Azərbaycanda bu halda koronavirus sürətlə yayıla bilər - VİDEO

.

Bu gün ölkəmizdə hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Heç kəs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz.

Metbuat.az ATV-yə istinadla xəbər verir ki, kütləvi tədbirləri keçirən, karantin qaydalarını pozan şəxslər müəyyən olunduqda mütləq şəkildə məsuliyyətə cəlb edilirlər, onların barəsində cəza tədbirləri görülür. Məqsəd birdir- insanların sağlamlığını qorumaq.

Koronavirusla mübarizədə əhalinin sağlamlığını qorumaq və təhlükəsizliyini təmin etmək məqsədilə ölkəmizdə bir çox məhdudiyyətlər tətbiq olunub. Bu qadağalar sırasında toy və yas mərasimlərinə olan məhdudiyyət də var. Çünki bu tip mərasimlərin təşkili kütləvi şəkildə insanların bir araya gəlməsi və nəticədə virusun yayılma riskini artırmış olur.

Həkimlər də bildirir ki, indi bütün dünya koronavirusun yaratdığı yeni düzənlə yaşayır. Bəzi xarici ölkələrdə kütləvi tədbirlərə icazə verilsə də orda insanlar mütləq qaydada ara məsafəsi saxlayır, tibbi maskadan istifadə edir. Ölkəmizdə isə yumşaltmalardan sonra biz virusun yayılmasında müəyyən artımlar müşahidə edirik. Kütləvi tədbirlər zamanı isə risk daha böyükdür. Səbəblərə gəlincə..

Nahid Məhərrəmov - terapevt: "Risk ordadır ki, kütləvi tədbirə qoşulan hər hansı simptomsuz adam ola bilər öskürəm tempratur yox, amma koronavirus daşıyıcısıdır. O tədbirdə iştirak edən 20 nəfər varsa, 1 nəfərin güdazına gedəcək. Yaxud hansısa əlaməti olan var, amma adam düşünmür koronavirusu var.

Soyuq havada yaşayırıq. Hər hansı soyudəymə düşünə bilər, amma elə deyil. Bu korona olar, o tədbirdə iştirak edən hamıya yoluxdura bilər. Biz ona görə kütləvi tədbirlər keçirilməsinə qorxuruq".

Sosioloqlar da bildirir ki, Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə heç kim qanundan üstün deyil. Bu günə kimi daxil işlər orqanları tərəfindən karantin qaydalarını pozaraq əyləncə, toy, yas mərasimi keçirən çoxlu sayda şəxs məsuliyyətə cəlb edilib. Çünki belə məclislərin təşkili zamanı digər insanlar üçün virusa yoluxma riski yaranır.

Zəminə Səfərova - sosioloq: "Qanun o deməkdir ki, insanlar zərərli hərəkətlərə yol verməsinlər. Efirdən istifadə edib karantini pozan bütün şəxsləri inzibati məsuliyyətə cəlb etməyə səsləyirəm. Bir sözlə, qanun hamı üçün eynidir. Vəzifəli şəxslə sadə vətəndaşın hüququndan heç bir fərq olmamalıdır. Keçirilən toy, yas mərasimləri virusa yoluxmaq üçün bir mənbədir.

Hesab edirəm belə addımlar atmazdan öncə yüz ölçüb bir biçmək lazımdır. Belə halların baş verməməsi üçün hər birimiz diqqətli olmalı, atdığımız addımın məsuliyyətini daşımalıyıq".

Hər bir şəxs mövcud reallığı, qanunların aliliyini, ölkə başçısının mövqeyini və ali iradəsini bilməli və başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR