Dünyada koronavirusa yoluxanların sayı 25 milyonu keçdi

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının sayı 25 milyonu ötüb.

Metbuat.az xəbər verir ki,son statistik məlumatlara görə, hazırda bu rəqəm 25 015 971-ə çatıb.

İndiyə qədər COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 843 120 nəfər vəfat edib.

Yoluxanlardan 17 382 787 nəfər isə sağalıb.

Dünyada ən çox yoluxma halları ABŞ, Braziliya və Hindistanda qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR