Bərdə rayonunda azyaşlı qızı qaçırdan Nurlan İskəndərlinin keçmiş həyat yoldaşı danışıb.
Metbuat.az xəbər verir ki, 17 yaşında universitetə hazırlaşan Bərdə sakini azyaşlı qız əvvəl bir neçə dəfə evli olmuş Nurlan İskəndərli tərəfindən zorla qaçırılmışdır. Ailəsi tərəfindən dəfələrlə polisə şikayət edilsə də heç bir nəticə yoxdur. Azyaşlı qızın valideynləri onun hədə-qorxu ilə saxlanıldığını bildirirlər.
Məsələ ilə bağlı Nurlan İskəndərlinin keçmiş həyat yoldaşının çıxışını təqdim edirik.