"Bu baş versə, Rusiya çökəcək" -

Belarus çöksə, növbədə Rusiya olacaq.

Metbuat.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O, rusiyalı jurnalistlərə müraciət edərək, müəyyən siyasi hadisələr baxımından arxaynlaşmamağa çağırıb:

“Bizim Rusiya rəhbərliyi ilə hara gəldiyimizi bilirsinizmi? Əgər Belarus bu gün çöksə, növbədə Rusiya olacaq”.

Lukaşenko etirazlarla bağlı yaranmış gərgin situasiyaya xüsusi diqqət çəkib:

“Əgər düşünürsünüzsə ki, varlı Rusiya bununla bacaraq, o zaman yanılırsınız. Çox prezidentlərlə, böyük qardaşım Putinlə danışmışam. Ona xəbərdarlıq etmişəm. Buna qarşı çıxmaq olmaz”.(axar.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR