Livanda hökumət böhranı:

Livan Prezidenti Mişel Aunun yeni hökumət təşkil etməsi üçün təyin etdiyi Mustafa Edib istefa verib.

Metbuat.az məlumat verir ki, o, müsəlman və xristian siyasi qruplarının dəstəyilə avqustun 31-də yeni hökumət təşkil etmək üçün təyin edilib.

Bildirilir ki, M.Edib M.Aun ilə görüşdən sonra “hökumət təşkil etmə vəzifəsini yerinə yetirə bilmədiyini” deyərək, istefa verdiyini qeyd edib.

Xatırladaq ki, Livanın paytaxtı Beyrutda avqustun 4-də baş verən partlayışdan sonra əhali etirazlara qaxıb və avqustun 10-da ölkənin baş naziri Hasan Diyab istefaya gedib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR