“Cənub Qaz Dəhlizi”nə 40 milyard dollar investisiya qoyulub -

“Cənub Qaz Dəhlizi” layihəsinə ümumilikdə 40 milyard dollar investisiya yatırılıb.

Bu barədə Metbuat.az-a Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

Belə ki, layihəyə xarici investorlar tərəfindən 30 milyard dollar, Azərbaycan tərəfindən isə bu layihə dəyərinin dörddə bir hissəsi qədər - 10 milyard dollar ümumi investisiya qoyulub.

2020-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan “Cənub Qaz Dəhlizi” layihələrindəki iştirak payının maliyyələşdirilməsi üçün 102 milyon dollar vəsait yatırıb.

İ.Əhmədov “Cənub Qaz Dəhlizi”nin bir hissəsi olan TAP (Trans-Adriatik Boru Xətti) layihəsinin icra prosesinə keçid dövrünə hazırlaşdığını təsdiqləyib:

“Hazırda TAP layihəsinin açılışı üçün yekun tarix dəqiqləşdirilir. Bəzi işlər hələ də yekunlaşmayıb. Layihənin İtaliya şəbəkəsinə qoşulması işləri tamamlanır. Bu işlər başa çatdıqda layihənin açılış tarixi dövlət səviyyəsində elan olunacaq.

Həm səhmdarlar, həm də iştirakçı dövlətlər qərar verdikdən sonra TAP-ın açılış tarixi bəyan ediləcək. Lakin biz düşünürük ki, bu ilin sonuna qədər TAP-ın açılışı baş tutacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR