"Nikol Paşinyan vəziyyəti çətinləşdirir" -

"İrəvan Dağlıq Qarabağ münaqişəsinin diplomatik tənzimlənməsində maraqlı deyil və Ermənistanın baş naziri Nikol Paşinyan vəziyyəti çətinləşdirmək üçün əlindən gələn hər şeyi edir".

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Fuad Axundov Rusiyanın “Dojd” xəbər kanalının efirində bildirib.

F.Axundov ABŞ Dövlət katibi Maykl Pompeonun təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qarşıdakı məsləhətləşmələri ilə əlaqədar gözləntilər barədə məsələni şərh edərək deyib: “Nikol Paşinyanın münaqişənin diplomatik yolla həll edilməməsi ilə bağlı açıqlaması bir daha nümayiş etdirir ki, Ermənistan məsələnin sülh yolu ilə həll olunmasında qətiyyən maraqlı deyil. O, bunu Moskvada xarici işlər nazirləri arasında məsləhətləşmələrin getdiyi, ABŞ-da məsləhətləşmələrin olacağı zamanda söyləyir. Bu, vəziyyəti çətinləşdirir”.

Sektor müdiri guya Azərbaycan tərəfində suriyalı silahlıların döyüşməsi barədə iddialara da cavab verərək bütün bunların feyk məlumatlar olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, Qarabağda XXI əsrin ordusu (Azərbaycan) XX əsrin ordusuna (Ermənistan) qarşı vuruşur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR