Türk futbolçu Avroliqada həftənin ən yaxşısı oldu

Avropa Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Metbuat.az xəbər verir ki, qrup mərhələsinin birinci turunun oyunlarından sonra bu ada Fransanın "Lill" komandasının futbolçusu Yusuf Yazıcı layiq görülüb.

Türkiyəli yarımmüdafiəçi Çexiyada Praqa "Sparta"sına 4:1 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı