Rusiyada rekord yoluxma: Son 24 saatda 17 mindən çox insan

Rusiyada son sutka ərzində daha 17 347 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Metbuat.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 1 531 224 nəfərə çatıb. Son sutka ərzində 219 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 26 269 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Mənbə: RİA Novosti


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR