ABŞ-da son 6 ayın rekordu: Son sutkada 1707 insan öldü

ABŞ-da yeni növ koronavirus infeksiyasına yoluxma nəticəsində gündəlik ölüm sayı son altı ayda ən yüksək səviyyəyə çatıb.

Metbuat.az xəbər verir ki, belə bir nəticəni beynəlxalq təşkilatlar, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında araşdırma aparan Cons Hopkins Universiteti təqdim edib.

Hesabata görə, çərşənbə axşamı ABŞ-da koronavirus səbəbindən 1707 nəfər ölüb. Bu göstərici bu ilin may ayının 14-dən bəri ən yüksək məlumatdır. Bundan əvvəlki ən yüksək göstərici aprel ayının ortalarında, gün ərzində 2,6 mindən çox amerikalıın ölməsi barədə hesabat təqdim edilən zaman müəyyən olunmuşdu.

Cons Hopkins Universitetinin açıqlamasına görə, ümumilikdə ABŞ-da 11 468 739 nəfərin koronavirus infeksiyasına yoluxması qeydə alınıb, 250 029 nəfər bu virusdan ölüb. Ölkə hər iki göstəriciyə görə dünyada birinci yerdədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR