Dünən UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turuna start verilib.
Metbuat.az xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 matç keçirilib.
E qrupunda "Çelsi" səfərdə “Renn”ə, "Sevilya" isə “Krasnodar”a 2:1 hesabı ilə qalib gəlib. G qrupunda "Barselona" “Dinamo”nu 4:0, “Yuventus” isə “Ferensvaroş”u 2:1 udub.
Türkiyənin yeganə təmsilçisi "Başakşəhər" isə ötən tur öz meydanında 2:1 hesabı ilə yendiyi "Mançester Yunayted"lə bu dəfə səfərdə qarşılaşıb. Görüş "qırmızı şeytanlar"ın böyükhesablı qələbəsi ilə başa çatıb - 4:1.
Beləliklə, qrupda ilk iki yerdən birini özü üçün təmin edən "Çelsi", "Sevilya", "Barselona" və "Yuvemtus" 1/8 finala vəsiqəni əldə edib.
Çempionlar Liqası
Qrup mərhələsi, 4-cü tur
24 noyabr
E qrupu
21:55. “Krasnodar” (Rusiya) - “Sevilya” (İspaniya) - 1:2
Qollar: Vanderson, 56 - Rakitiç, 4, El Haddadi, 90+5
21:55. “Renn” (Fransa) - “Çelsi” (İngiltərə) - 1:2
Qollar: Quirassi, 85 - Hudson-Odoi, 22, Jiru, 90+1
F qrupu
00:00. “Latsio” (İtaliya) - “Zenit” (Rusiya) - 3:1
Qollar: İmmobile, 3, 55 (pen.), Parolo, 22 - Dzyuba, 25
00:00. “Borussiya” (Dortmund, Almaniya) - “Brügge” (Belçika) - 3:0
Qollar: Holand, 18, 60, Sanço, 45
G qrupu
00:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Barselona” (İspaniya) - 0:4
Qollar: Dest, 52, Breytueyt, 57, 70 (pen.), Qrizmann, 90+2
00:00. “Yuventus” (İtaliya) - “Ferensvaroş” (Macarıstan) - 2:1
Qollar: Ronaldo, 35, Morata, 90+2 - Uzuni, 19
H qrupu
00:00. “Mançester Yunayted” (İngilıtərə) - “Başakşəhər” (Türkiyə) - 4:1
Qollar: Fernandes, 7, 19, Raşford, 35 (pen.), Xames, 90+2 - Turuc, 75
00:00. PSJ (Fransa) - “Leypsiq” (Almaniya) - 1:0
Qol: Neymar, 11-pen.