Sergey Şoyqunun qızı federasiya prezidenti seçildi

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qızı Kseniya Şoyqu Rusiya Triatlon Federasiyasının yeni prezidenti seçilib.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, Kseniya bu posta yeganə namizəd olub və onun namizədliyi RTF-nin keçmiş rəhbəri Pyotr İvanov tərəfindən irəli sürülüb. İvanov özü isə noyabrın 30-da Ümumrusiya Yüngül Atletika Federasiyasının prezidenti seçilib.

Qeyd edək ki, Kseniya Şoyqunun 29 yaşı var. O, eyni zamanda “Qazprombank”ın İdarə heyətinin sədr müavininin müşaviri vəzifəsini icra edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR