Ermənistanda Qarabağdan gələnlərə qarşı zorakılığa çağırış edildi

Ermənistanda sosial şəbəkələrdə Qarabağdan gələn ermənilərə və siyasətçilərə qarşı zorakılığa çağırış edən şəxs saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorunun müşaviri Qor Abramyan bildirib.

"Noyabrın 13-də sosial şəbəkə istifadəçilərindən birinin "Facebook" səhifəsində avtomobildə oturan şəxsin açıq şəkildə müəyyən siyasi qüvvələrin nümayəndələrinə, eləcə də Qarabağ ermənilərinə qarşı zorakılığa çağırdığı video yayımlanıb".

Onun sözlərinə görə, video sosial şəbəkələrin media monitorinqi ilə qeydə alınıb. Həmin şəxsə qarşı dekabrın 2-də cinayət işi açılıb. Cinayət işi İstintaq İdarəsinə göndərilib.

İlkin istintaq zamanı bu hərəkəti törətməkdə şübhəli bilinən Ermənistan vətəndaşı həbs olunub.

Ermənistan ombudsmanı Arman Tatoyan bu cür çağırışları pislədiyini deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR