x
Loading...
.

Türkiyə gəmisi girov götürüldü: Heyətdə Azərbaycan vətəndaşı da var

Liviya milli ordusunun qüvvələri ölkənin sahillərində Yamayka bayrağı altında üzən Türkiyəyə məxsus gəmini saxlayıblar.

Metbuat.az-ın "Sinxua"ya istinadən verdiyi məlumata görə, bunu Liviya milli ordusunun rəsmi nümayəndəsi general-mayor Əhməd əl-Mismari deyib. Onun sözlərinə görə, Türkiyəyə məxsus "Mabrouka" adlı ticarət gəmisi Misrata şəhərinin limanına doğru üzürmüş, lakin Derna yaxınlığında saxlanılıb.

Ə. əl-Mismari qeyd edib ki, gəminin göyərtəsində 17 nəfər olub. Onlardan 9-u Türkiyə vətəndaşı, 7-si Hindistan vətəndaşı, 1-i isə Azərbaycan vətəndaşıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR