COVID-19-a qarşı iki peyvəndin istifadəsinə icazə verildi

ABŞ-ın Qida Məhsulları və Dərmanlara Nəzarət İdarəsinin (FDA) xarici mütəxəssislərdən ibarət komitəsi ABŞ-da “Pfizer” və “BioNTech” şirkətlərinin koronavirusa qarşı peyvəndlərindən istifadəyə icazə verib.

Metbuat.az xəbər verir ki, komitənin qərarına görə, peyvəndlərin faydaları 16 yaş və yuxarı yaşda olanlar üçün riskləri üstələyir.

Qeyd edək ki, dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 70 720 814 nəfərə çatıb.

Mənbə: Reuters


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR