Şotlandiya Aİ-yə qayıtmaq niyyətindədir

Şotlandiyanın Baş naziri Nikola Sterdjen bölgənin yaxın zamanda Avropa İttifaqına geri qayıtmaq niyyətini bildirib.

Metbuat.az xəbər verir ki, nazir yeni il ərəfəsində "Twitter"ində "Avropa, Şotlandiya tezliklə qayıdacaq, işığı söndürməyin" yazıb.

Xatırladaq ki, Böyük Britaniya 2020-ci il yanvar ayının sonunda başlayan Aİ-dən çıxışını 1 yanvar 2021-ci ildə tamamladı. İl ərzində Avropa Birliyi və Böyük Britaniyanın nümayəndələri tərəflər arasında müxtəlif sahələrdə əlaqələrin necə qurulacağını müzakirə ediblər.

Sterdjenin sözlərinə görə, referendum keçiriləndən sonra Şotlandiya dərhal Avropa Birliyinə yenidən qoşulmaq üçün müraciət edəcək və ən qısa müddətdə oraya qəbul ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR