Avropa ölkəsində koronavirusdan rekord sayda ölüm qeydə alındı

Almaniyada son sutka ərzində 32 minə yaxın şəxs yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Metbuat.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Robert Kox İnstitutu məlumat yayıb. Bildirilib ki, son 24 saat ərzində ölkədə 31 849 yeni yoluxma qeydə alınıb, 1 188 nəfər xəstəlikdən vəfat edib.

Bununla da Almaniyada indiyə qədər ümumilikdə 1 866 887 nəfər koronavirusa yoluxub, onlardan 38 795 nəfər ölüb.

Koronavirusa yoluxanlardan 1.4 milyonu artıq sağalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR