Müdafiə nazirinin müvafiq əmrinə əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə yaradılan komissiya yanvarın 11-dən fəaliyyətə başlayıb.

Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Komissiya vətəndaşlar tərəfindən daxil olan müraciətlərin obyektiv və vaxtında araşdırılması, həmçinin həll olunması istiqamətində zəruri tədbirlər görəcək.