[ 27 May 2015 17:31 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün “Kapital Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, ümumi yığıncaqda “Kapital Bank” ASC-nin 2014-cü ilin yekunlarına dair maliyyə hesabatları təsdiqlənib, maliyyə ilinin yekunlarına əsasən bankın səhmdarlarına dividend ödənilməsi barədə qərar qəbul edilib.

Yığıncaqda, həmçinin, “Kapital Bank” ASC-nin Müşahidə şurasının yeni tərkibi müəyyən edilib, şuranın sədri vəzifəsinə hazırda “PAŞA Holdinq” MMC-də Bank Qrupunun rəhbəri vəzifəsini daşıyan Cəlal Ələkbər oğlu Qasımov təyin edilib.

Bununla yanaşı, Müşahidə Şurasının daha bir qərarı ilə Pərvin Şirəli oğlu Əhədzadə Bankın Audit komitəsinin yeni sədri təyin edilib.