Azərbaycanda universitetin şöbə müdirindən ŞOK ƏMƏL -

Azərbaycanda şöbə müdiri tələbələrin pulunu mənimsəməkdə günahlandırılır.

Metbuat.az Report-a istinadən xəbər verir ki, Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva 100-dən çox tələbənin təhsil haqqı kimi ödədiyi 1 000-7 000 min manat pulunu mənimsəyib.

Hadisədən sonra həmin şöbə müdiri işdən çıxarılıb.

Hüquq-mühafizə orqanlarından fakt təsdiqlənib. Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.

BSU-dan isə bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR