Bakıda polis maşını qəzaya uğrayıb -

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az apa-ya istinadən xəbər verir ki, hadisə Mirzəağa Əliyev küçəsində qeydə alınıb.

Yüksək sürətlə hərəkət etdiyi deyilən "Kia" markalı avtomobilin sürücüsü sükana nəzarəti itirib. İdarəetmədən çıxan "Kia" Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidmətinə məxsus "FIAT" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində "Kia"da olan bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə hüquq-mühafizə orqanı əməkdaşları cəlb edilib.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR