V-IX siniflərdə dərslər distant təhsil formasında olacaq

"Yeni dərs cədvəllərinin nümunəsi hazırlanaraq yerlərə göndərilib. V-IX siniflərdə həftə üzrə ortalama 32-25 saat dərs olur".

Metbuat.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O qeyd edib ki, əgər şagirdlər 3 dəfə dərsə getsələr, bu, hər yarımqrup üzrə 15 saat əyani dərs deməkdir: “Yerdə qalan dərs saatları isə distant təhsil formasında olacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR