Bakıda mənzildən 220 min manatlıq oğurluq olub

Bakıda mənzildən böyük məbləğdə pul və qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də rayon ərazisindəki evlərin birindən 70 000 ABŞ dolları və 100 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Ağayev saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR