İki azərbaycanlı qardaş koronavirusdan öldü -

Ukraynada Azərbaycan diasporunun ən fəal nümayəndələrindən biri, daim ölkəmizin haqq səsinə səs vermiş, ölkəmiz adına keçirilən tədbirlərdə yaxından iştirak edən Seymur Məhərrəmov “Covid-19” virusundan dünyasını dəyişib. Daha öncə Seymur Məhərrəmovun qardaşı İltifat Məhərrəmov da koronavirusdan dünyasını dəyişmişdi.

Metbuat.az Teleqraf.com-a istinadla xəbər verir ki, Məhərrəmov qardaşları fəal vətəndaş mövqeyinə və ölkənin ictimai-siyasi həyatında yaxından iştirakına, sülhpərvər və xeyriyyəçilik fəaliyyəti ilə Ukraynada daim diqqət mərkəzində olublar.

Hər iki şəxs Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Lvov vilayəti üzrə gənclər təşkilatının sədri Şəhriyar Məhərrəmovun əmisidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR