Nazirlik Türkiyə-Azərbaycan "Qış təlimi-2021" təlimləri barədə məlumat yaydı -

Əlahiddə Ümumqoşun Ordu və Türkiyə Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən "Qış təlimi-2021" təlimləri davam edir.

Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərin növbəti mərhələsində bölmələr mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə taktiki-xüsusi tapşırıqları yerinə yetiriblər.

Əsas diqqət tank körpüquranları, maneələğvetmə texnikası və mühəndis döyüş sursatlarının tətbiq edilməsinə yönəldilib.

Qeyd edək ki, təlimlər fevral ayının 12-dək davam edəcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR