x
Loading...

Messi La Liqada yeni uğura imza atdı

.

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi yeni uğura imza atıb.

Metbuat.az xəbər verir ki, 34 yaşlı hücumçu La Liqada ehtiyatdan oyuna girdikdən sonra vurulan qolların sayına görə "Real Sosyedad"ın sabiq üzvü Oskar de Paula çatıb.

Argentinalı oyunçu bunu XXII turda "Betis"lə səfər matçında gerçəkləşdirib. O, 57-ci dəqiqədə Rikard Puçun yerinə matça girib və iki dəqiqə sonra fərqlənib.

Messi bu göstəriciyə görə 27 qolla 2-3-cü yerləri bölüşdürür. İlk sırada isə "Barselona"nın keçmiş hücumçusu Xulio Salinas (28 qol) qərarlaşıb.

Qeyd edək ki, "Barselona" "Betis"i 3:2 hesabı ilə məğlub edib. (Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR