OPEC-in neft istehsalı artır

Yanvar ayında Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı əvvəlki ayla müqayisədə 240 min barel artaraq sutkada 25 milyon 450 min barelə yüksəlib.

Metbuat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

Bildirilir ki, hazırda olduğu kimi, qeyri-OPEC ölkələrinin daha çox məhsul çıxarması ilə qlobal neft hasilatı 2021-ci ildə 1,6 milyon bareldən çox arta bilər.

“OPEC+” 2020-ci ildəki rekord istehsal məhdudiyyətlərini yenə davam etdirir, Liviyada isə hasilatın bərpası yaxşılaşır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR