Azərbaycanda ağır qəza baş verdi -

Göyçayda xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Çərəkə kəndi yaxınlığında olub.

Belə ki, sürətlə hərəkət etməkdə olan "Volkswagen" markalı avtomobil idarəetməni itirərək digər maşın "VAZ-2107" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində 5 nəfərin xəsarət alıb və maşınlara ciddi ziyan dəyib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Davud Tarverdiyev
Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR