Türkiyə klubunun avtobusu aşdı

Türkiyənin 3-cü liqasında çıxış edən “Fatsa Belediyespor” klubunun avtobusu qəzaya uğrayıb.

Metbuat.az xəbər verir ki, içərisində 33 nəfərin olduğu avtobus Kırıkkaledən Samsuna gedərkən Delice mahalında aşıb.

Qəzaya güclü qar yağışı nəticəsində yolun həddən atıq sürüşkən olması səbəb olub. Nəticədə idarəetmədən çıxan nəqliyyat vasitəsi qəzaya urğayıb.

Hadisə nəticəsində komanda üzvlərinə heç nə olmasa da, avtobusun sürücüsü yüngül xəsarətlər alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR