x
Loading...
.

Çavuşoğlunun Azərbaycana səfər proqramı AÇIQLANDI

.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfər proqramı açıqlanıb.

Metbuat.az xəbər verir ki,Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi xəbərə görə, M. Çavuşoğlu 18-19 fevral tarixlərində Azərbaycanda səfərdə olacaq.

Səfər çərçivəsində Türkiyə XİN başçısı Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək, Azərbaycan Prezidenti İlham Əliyev M. Çavuşoğlunu qəbul edəcək.

Eyni zamanda, Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkalianinin də iştirak ilə Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçiriləcək.

Türkiyə XİN başçısı gürcüstanlı həmkarı ilə də görüşəcək.

Görüşlərdə ölkələr arasında əlaqələr və regional məsələlərə dair fikir mübadiləsi aparılacaq.(APA)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR