Moskva, 27 may, AZƏRTAC
Rusiya xarici işlər nazirinin müavini – stats-katib Qriqori Karasin Moskvada ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.
Rusiya XİN-in mətbuat xidmətinin məlumatında deyilir ki, RF xarici işlər nazirinin müavini – stats-katib Q.Karasin mövcud məsləhətləşmələr praktikasının davamı olaraq mayın 27-də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi A.Kaspşiki qəbul edib.
Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətlə bağlı aktual məsələlər müzakirə edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva