Azərbaycanda geniş pul kütləsinin həcmi azalıb

Bu il fevralın 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 28 112,3 milyon manat təşkil edib.

Metbuat.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu, yanvarın 1-i ilə müqayisədə 3,7%, ötən il fevralın 1-nə nisbətən isə 1,5% azdır.

Yanvarın sonuna manatla geniş pul kütləsinin həcmi 19 488,3 milyon manat təşkil edib. Bu isə aylıq müqayisədə 4% az, illik müqayisədə isə 8,6% çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR