“Barselona”nın sabiq prezidenti saxlanılıb

İspaniyanın “Barselona” klubunda xoşagəlməz hadisə yaşanıb.

Metbuat.az-ın məlumatına görə, polis klubun ofisində axtarış aparıb.Klubun ofisində axtarış aparan yerli polis daha sonra Xosep Bartomeunu, həmçinin baş direktor Oskar Qrau və hüquqi xidmətdən məsul olan Roman Qomes Pontini həbs edib.

Hüquq-mühafizə orqanının bir neçə əməkdaşı iş günü başlayandan “Barselona”nın ofisindədir. Axtarışların səbəbi açıqlanmır. Ehtimal edilir ki, buna səbəb La Liqa təmsilçisinin sosial şəbəkələrdəki fəaliyyətidir.

Qeyd edək ki, martın 7-də “Barselona”nın prezident seçkiləri keçiriləcək. (APA)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR