Parlament seçkiləri yenidən keçiriləcək -

Qırğız Respublikasında bu ilin payızında təkrar parlament seçkiləri keçiriləcək.

Metbuat.az-ın məlumatına görə, Qırğızıstan prezidenti Sadır Japarov “Kazinform”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2020-ci ilin oktyabrında parlament seçkiləri ədalətsiz keçirilib:

“Tezliklə yerli orqanlara seçkilər olacaq. Nəzərdə tutulan referendum da ədalətli keçiriləcək. Qanun prezidentdən tutmuş əlində kətmən tutan kəndliyə qədər hamı üçün eyni olmalıdır. Hazırda biz qanunçuluğu və ədaləti bərqərar edirik. Əlbəttə, bunu bir ilə etmək mümkün deyil. Vəziyyəti düzlətmək üçün 2-3 ilə ehtiyac var”, - S.Japarov bildirib. (Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR