İspaniya La Liqasında tamaşaçılar stadionlara buraxıla bilər.

Metbuat.az-ın məlumatına görə, bunu La Liqanın prezidenti Xavyer Tebas açıqlayıb.

O bildirib ki, azarkeşlərin tribunalara qayıdışı mövsümün sonunadək gerçəkləşə bilər. Bunun aprelin ortaları və ya mayın əvvəlində baş verməsi gözlənilir.

Qeyd edək ki, İspaniya çempionatının oyunları koronavirus pandemiyası üzündən tamaşaçısız keçirilir.