Lənkəranda multikulturalizmin və dini məzhəbçilik mövzusunda konfrans baş tutub -

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda videokonfrans keçirilib.

Metbuat.az-a daxil olan məlumata görə, videokonfransda DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin müdir müavini Anar Kərimov, şöbənin əməkdaşları Emin Həmidli, Əliağa Novruzov, Qafqaz Müsəlmanları İdarəsinin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli və Astara rayonunda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Əvvəlcə Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Çıxışlar zamanı ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqları qeyd edilib. Multikulturalizmin xalqımızın həyat tərzini təşkil etdiyi vurğulanıb. Natiqlər, məzhəbçilik və dini təəssübkeşlik meyillərinin multikultural cəmiyyət üçün yad olduğunu bildiriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR