x
Loading...
.

Pandemiyanın bitəcəyi tarix açıqlandı

.

Dünya pandemiyanın öhdəsindən 2022-ci ilin əvvəlində gələcək, lakin bu, koronavirusun yox olacağı demək deyil.

Metbuat.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Regional Bürosunun direktoru Hans Kluge “Die Welt” qəzetinə müsahibəsində deyib:

“Düşünürəm ki, 2021-ci il fərqli COVID ili olacaq. Ancaq indi hadisələri daha yaxşı proqnozlaşdırıb, idarə edə bilərik. 2020-ci ildə həm səhiyyə, həm də siyasətdə yalnız qeyri-müəyyənlik var idi. Bir il keçəndən sonra daha çox şey bilirik, bizim alətlərimiz, diaqnostik proqramlarımız, peyvəndlərimiz var. 2022-ci ilin əvvəlində pandemiyanın bitəcəyinə inanıram, ancaq bu virusun özünün aradan qalxacağı anlamına gəlmir”.(Oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR