İranın sərnişin təyyarəsini ələ keçirmək istədilər -

Ötən gün naməlum şəxs İranın sərnişin təyyarəsini qaçırmağa cəhd göstərib.

Metbuat.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçilər Korpusu açıqlama yayıb. Məlumata görə, naməlum şəxs Əhvaz-Məşhəd marşrutu üzrə uçan İran Hava yolları şirkətinə məxsus təyyarəni Fars körfəzi ölkələrindən birinə qaçırmaq istəyib. Lakin dərhal hərəkətə keçən iranlı hərbçilər, həmin şəxsi zərərsizləşdirərək həbs edib.

Təyyarə İsfahana təcili eniş edib. Sərnişinlər arasında xəsarət alan olmayıb. Şübhəlinin kimliyi və hadisənin səbəbləri araşdırılır.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR