x
Loading...

138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib

.

“İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən məhkəmələrə göndərilmiş inzibati xəta haqqında protokolları üzrə 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib”.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edən ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.

Onun sözlərinə görə, inzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar zamanı 23 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib:

“Həmin materiallardan 10-u üzrə cinayət işi başlanılıb”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR